Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Martın 31-də Rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə xüsusi qərargahın növbəti iclası keçirilmişdir

31 mart 2020 | 16:00

İclasda xüsusi karantin rejiminin tətbiqi və rayon sakinlərinin rejimin tələblərinə əməl etməsinə dair vəziyyət müzakirə olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq rayonda tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.
Qərargahın iclasında karantin rejimi bitənədək rayonda baş vermiş ölüm hallarının aidiyyəti dövlət qurumlarına vaxtında düzgün ötürülməsi, dezinfeksiya işlərinin gücləndirilməsi, məişət tullantılarının vaxtında yığılması və konteynerlərin dezinfeksiya edilməsi, əhali ilə maarifləndirmə işlərinin gücləndirilməsi, həmçinin 65 yaşdan yuxarı ahıl vətəndaşlara xüsusi qayğı göstərilməsi məsələləri müzakirə edilmişdir.
İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində rayonda 65 ölüm halı baş vermişdir. Vəfat etmiş şəxslərin ölüm səbəbləri müxtəlif olmuş, koronavirus (COVİD-19) infeksiyasından yoluxma halı olmamışdır.
Həmçinin qeyd olunmuşdur ki, rayonda virusa yoluxma halı müəyyən edilməmiş, lakin bir ailə koronavirus şübhəsi ilə analizə cəlb edilərək karantinə alınmışdır. Onların yaşadıqları ev müntəzəm olaraq dezinfeksiya edilir.
Ölkədə karantin rejimi elan olunduğu dövrdən etibarən 25 yaşayış və 34 inzibati bina 370 sahibkarlıq obyekti, 24 küçə və prospekt, bütün təhsil və məktəbəqədər təhsil müəssisələri, həmçinin digər həyatı əhəmiyyətli yerlər dezinfeksiya olunmuşdur. Dezinfeksiya işləri mütəmadi olaraq davam edir.
Könüllülər tərəfindən 32 nəfərə sosial xidmət göstərilmiş, polis əməkdaşları tərəfindən 65 yaşdan yuxarı 99 nəfərə xəbərdarlıq edilmiş, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq üçün rayona girişlərdə 7 post quraşdırılmışdır. Yaradılmış mobil qruplar tərəfindən təbliğat işləri davam etdirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabiteninin Operativ Qərargahının koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə təmizlik və dezinfeksiya işlərinin xüsusi karantin rejimi bitənədək gücləndirilməsi qaydaları barədə məktub rayon İcra Hakimiyyəti başçının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə, həmçinin hazırda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarına ünvanlanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xüsusi karantin rejiminə əməl olunması bir daha qərargah üzvlərinin diqqətinə çatdırılmış və qarşıda duran məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul olunmuşdur.

Keçidlər