Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Kəndlərdə ahıllar gündəlik ərzaq təlabatları ilə təmin olunurlar

31 mart 2020 | 16:00

31 mart 2020-ci il tarixdə rayonun İkinci Ərəbcəbirli və Bəydövül kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin əməkdaşları kənddə yaşayan tək ahılların evlərində olmuş, onların gündəlik ərzaq təlabatlarının ödənilməsinə köməklik göstərmişlər.
Ölkə ərazisində tətbiq olunmuş sosial izolyasiya və karantin rejiminə riayət etmə qaydaları yaşlı sakinlərə bir daha izah olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində qeydiyyatda olan 243 nəfər tənha ahıllara sosial xidmətçilər tərəfindən hər gün zəruri təlabatların ödənilməsinə köməklik göstərilir.
Son günlər daha 28 nəfər ahıl rayon şöbəsinə müraciət edərək köməklik göstərilməsini xahiş etmişdir. Daxil olan hər bir müraciətə həssaslıqla yanaşılmış və vətəndaşların problemləri yerində həllini tapmışdır.

Keçidlər