Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı dezinfeksiya işləri və mobil qrupların fəaliyyəti davam edir

31 mart 2020 | 16:00

Rayonda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı dezinfeksiya işləri və ahıl vətəndaşlara xidmət göstərilməsi, həmçinin mobil qrupların fəaliyyəti davam edir.
31 mart 2020-ci il tarixdə şəhərin 4 yaşayış binasında 16 inzibati binada və 50-dən çox sahibkarlıq obyektlərində dezinfeksiya işləri aparılmışdır.
Karantin rejiminin tələblərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq üçün rayona girişlərdə 7 post quraşdırılmışdır. Mobil qruplar tərəfindən şəhərin Heydər Əliyev prospekti,  Nizami, M.Ə.Rəsulzadə və digər mərkəzi küçələrində fəaliyyət göstərən kənd təsərrüfatı təyinatlı ticarət obyektlərinin sahibləri ilə maarifləndirici və profilaktik söhbətlər aparılmış, karantin rejiminin tələblərinə riayət edilməsi tövsiyyə olunmuşdur.

Keçidlər