Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyəti tərəfindən koronavirus infeksiyasının qarşısının alınması məqsədilə mobil qruplar yaradılıb

31 mart 2020 | 16:00

Göyçayda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Görülən tədbirlərlə yanaşı İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş İcra Hakimiyyəyi başçısı aparatının əməkdaşlarından, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrindən və könüllülərdən ibarət mobil qruplar yaradılmışdır.
Mobil qurpların yaradılmasında məqsəd koronavirus infeksiyasının qarşısının alınması üçün maarifləndirici və profilaktik söhbətlərin aparılması, karantin rejiminin tələblərinə riayət edilməsi, rayon ərazisində fəaliyyət göstərən qeyri ərzaq və kənd təsərrüfatı təyinatlı ticarət obyektləri və mövcud olan istirahət parklarına girişin məhdudlaşdırılmasından ibarətdir.

Keçidlər