Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda koronavirus infeksiyası əleyhinə dezinfeksiya tədbirləri davam etdirilir

30 mart 2020 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərar və tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilmişdir.
Əhalinin sağlamlığının qorunmasının, koronavirus (COVID-19) infeksiyasının rayonda yayılmasının qarşısının alınması məqsədilə Göyçay rayonunda tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam edir. Rayonun çoxmənzilli yaşayış binalarının giriş blokları və pilləkənləri, fərdi yaşayış evlərinin həyatyanı sahəsinin giriş-çıxış hissəsi, küçələri texnika vasitəsilə dezinfeksiya edilir.
Rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılırr və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir.

Keçidlər