Göyçayda gənc könüllülər tənha yaşayan şəxslərə sosial xidmətlər göstərir
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminə əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib və bu kateqoriyadan olan tənha yaşayan şəxslərə sosial xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Koronavirusun yaşlı insanlar üçün xüsusilə ciddi təhlükə kəsb etdiyini nəzərə alaraq, bu kateqoriyadan olan vətəndaşlara sosial xidmətlərin göstərilməsinin təmin edilməsi üçün evdən çıxmadan gündəlik zəruri ərzaq, dərman vasitələrinin çatdırılmasında, həmçinin rayon sakinləri arasında maarifləndirmə işləriniin mütəmadi olaraq həyata keçirilməsində gənc könüllülər kömək etmək təşəbbüsləri davam etdirilir.
Həmçinin gənc könüllülər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qeyd etdiyi koronavirus infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı məlumatlar elanlar lövhəsinə yerləşdirilməsi təmin edilir.