Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbərliyi Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə hissəsinin tikilməkdə olan yeni inzibati binasında görülən işlərlə tanış olub

17 mart 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı 17 mart 2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə hissəsinin yeni inzibati binasının tikinti işləri ilə maraqlanmışdır.
Hissənin rəisi Müşviq Məmmədov rayon rəhbərliyinə məlumat vərərək bildirib ki, ümumi sahəsi 47 sot olan ərazidə tikilən 2 mərtəbəli yeni inzibati binada şəxsi heyət üçün dispetçer, tədris və istirahət otaqları, yeməkxana, eləcədə 4 mərtəbəli yanğın qülləsi, sahədə 2 ədəd 100 tonluq su hovuzu inşa olunacaqdır.
Həmçinin qeyd olunub ki, yeni hissənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, yanğınsöndürmə və xilasetmə tədbirlərinin operativ həyata keçirilməsi işini asanlaşdıracaq, ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunacaq və şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılacaqdır.
Tikintinin gedişi ilə maraqlanan İcra Hakimiyyətinin başçısı icraçılara tövsiyələrini vermişdir.

Keçidlər