Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon rəhbəri Şəhid ailəsini ziyarət etdi

16 mart 2020 | 16:00

Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində reallaşdırılan siyasətə müvafiq olaraq Göyçay rayon İcra Hakimiyyətinin başçısı da mütəmadi olaraq şəhid ailələrinə baş çəkir, onlarla həmsöhbət olur və problemləri ilə maraqlanır.
16 mart 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Şəhid Qüdrət Ağamalıyevin anası Güldənə ananın yaşadığı evdə olmuş, qarşıdan gələn xalqımızın çoxəsrlik tarixi ənənələrini özündə yaşadan, bolluq, bərəkət rəmzi olan Novruz bayramı münasibətilə təbrik etmiş və ən xoş arzularını bildirmişdir.
M.Səlimzadə qəhrəmancasına şəhid olmuş Qüdrət Ağamalıyevin daim xatirələrdə yaşayacağını, onun şərəfli ömür yolunun gənclərə örnək olduğunu və hər bir Azərbaycan gəncinin Vətən uğrunda döyüşməyə, torpaqlarımızı düşməndən azad etmək üçün silaha sarılmağa hazır olduğunu və şəhidlərimizin qanının yerdə qoymayacağını bildirmişdir.
Görüşdə şəhid anası onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Sonda rayon icra hakimiyyəti tərəfindən ailəyə bayram sovqatı verilib.

Keçidlər