Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı siyasi partiyaların nümayəndələri ilə görüş keçirmişdir

13 mart 2020 | 16:00

13 mart 2020-ci il tarixdə rayon icra Hakimiyyətinin başçısı rayonda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə keçirilən görüşdə 9 siyasi partiyanın yerli təşkilat sədrləri və üzvlər iştirak ediblər.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət idarəçiliyində, dövlətimizin maraqlarının daxildə və xaricdə təmin olunmasını, siyasi partiyalarla birbaşa dialoqun aparılmasını və bu məsələlərin birlikdə müzakirə olunmasını tövsiyyə etmişdir.
Çıxışlarda vurğulanıb ki, ölkəmizdə çox ciddi islahatlar gedir, siyasi sistemdə də islahat aparılması xalqın xeyrinədir, ölkədəki ictimai-siyasi mühit azad və ədalətli seçkilərin keçirilməsi üçün münbit zəmin yaradıb. Azərbaycan qanunvericiliyi seçkidə bütün vətəndaşlara və siyasi partiyalara bərabərhüquqlu imkanlar verir.
Görüş maraqlı diskussiya şəraitində keçib.

Keçidlər