İctimai nəzarət komissiyasının iclası keçirildi
Ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırıqlarına uyğun olaraq Göyçay rayonunda fəaliyyət göstərən ictimai nəzarət komissiyasının tərkibi yenilənmiş və komissiya öz fəaliyyətini davam etdirməyə başlanması ilə bağlı 13 mart 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində ictimai nəzarət komissiyasının növbəti iclası keçirilmişdir.
Komissiya ay ərzində göstərdiyi fəaliyyəti ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı ilə görüş keçirilmiş, fəaliyyəti dövründə rayon ərazisndə aşkar olunan çatışmazlıqlar, pozuntular, onların aradan qaldırılması yolları müzakirə olunmuşdur.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ictimai nəzarət komissiyanın fəaliyyətinin daha da gücləndirilməsi tövsiyyə edilmiş və bununla əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.