Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılması ilə bağlı görülən işlərlə yerində tanış olub.

06 mart 2020 | 16:00

Əkin sahələrinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Bu məqsədlə Göyçay rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Suvarma kanalları qazılaraq lil və çöküntülərdən təmizlənir, alternativ su arxları qazılır.
Rayon İcra Hakimiyyətinin başçısı Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılması ilə bağlı görülən işlərlə yerində tanış olub.
Kənd sakinlərinə məlumat verilərək bildirilib ki, bu günədək rayonun 20 kəndinin su arxları yenidən qazılmışdır. Göyçay şəhərinin daxili arxları da lil və çöküntülərdən təmizlənmiş və bu istiqamətdə işlər davam etdirilir. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 34 suvarma arxında 446,5 km məsafədə 1098,2 min kub metr həcmində lildən təmizləmə işlərin aparılaraq arxların ötürücülük qabiliyyəti artırılmış, 3 hidrotexniki qurğu əsaslı, 80 hidrotexniki quğu cari təmir edilmiş, Göyçay çayında 485 min kub həcmində məcra təmizləmə işləri aparılmışdır. Rayonun Alpout, Bəydövül, İnçə və Çərəkə kəndlərinin ərazilərindəki kollektor-drenaj şəbəkələrinin 25,2 km-lik hissəsində 140,7 min kub metr həcmində lildən təmizləmə işləri aparılmışdır.

 

Keçidlər