Rayonda suvarma arxlarının lil və çöküntülərdən təmizlənməsi işləri davam etdirilir.
Rayon rəhbərliyi Göyçay rayonunda əkin sahələrinin suvarılması və yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə arxlarının lil və çöküntülərdən təmizlənməsi işləri ilə yaxından tanış olmuşdur.
Belə ki, rayonun 20 kəndinin su arxları yenidən qazılmışdır. Göyçay şəhərinin daxili arxları da lil və çöküntülərdən təmizlənmiş və bu istiqamətdə işlər davam etdirilir. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 34 suvarma arxında 446,5 km məsafədə 1098,2 min kub metr həcmində lildən təmizləmə işlərin aparılaraq arxların ötürücülük qabiliyyəti artırılmış, 3 hidrotexniki qurğu əsaslı, 80 hidrotexniki quğu cari təmir edilmiş, Göyçay çayında 485 min kub həcmində məcra təmizləmə işləri aparılmışdır. Rayonun Alpout, Bəydövül, İnçə və Çərəkə kəndlərinin ərazilərindəki kollektor-drenaj şəbəkələrinin 25,2 km-lik hissəsində 140,7 min kub metr həcmində lildən təmizləmə işləri aparılmışdır.