Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

«2019-cu ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları, 2020-ci ildə qarşıda duran vəzifələr barədə» Göyçay RİH-ti başçısının hesabat yığıncağı keçirilmişdir

28 fevral 2020 | 16:00

Göyçay rayonunda 2019-cu ildə iqtisadiyyatın əsas sahələri üzrə 351,8 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da əvvəlki illə müqayisədə 17,1 faiz çoxdur. Sənayedə məhsul istehsalının həcmi 25,9 faiz artaraq 46 milyon manata çatıb, kənd təsərrüfatında isə 8,4 faiz çoxalaraq 123,8 milyon manat təşkil edib.
Bu göstəricilər Göyçayda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin məruzəsində, eləcə də çıxışlarda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda qazanılan uğurlardan ətraflı bəhs edilib. Göstərilib ki, ötən il taxıl istehsalı inişilki ilə nisbətən 4843,6 ton artıb. Meyvə istehsalı 9,2 min ton artaraq 73,5 min tona, tərəvəz istehsalı 11,5 faiz çoxalaraq 48,6 min tona çatıb. Barama tədarükü də 32,5 faiz artıb və 16557 kiloqram olub.
Rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Şəhəri içməli su ilə təmin edən nasos stansiyasına 2 ədəd su ötürücü və 2 ədəd subartezian nasosu quraşdırılıb, mərkəzi nasosxanada 3 ədəd istismar müddətini bitirən suötürücü nasos yenisi ilə əvəz edilib. Bığır və Hacalıkənd kəndlərində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 5 ədəd su bulağı quraşdırılıb.
Hesabat dövründə rayon ərazisində tikinti, abadlıq və quruculuq işləri sahəsində xeyli tədbirlər həyata keçirilib. Heydər Əliyev parkının ərazisində inşa edilən Bayraq Muzeyi, Yeniarx kəndində tibb məntəqəsi istifadəyə verilib, Əli Kərim adına parkda, Şəhidlər xiyabanında, şəhər stadionunda yenidənqurma işlər tam başa çatdırılıb. Göyçay Mədəniyyət Mərkəzinin əsaslı təmirinə başlanılıb. Şəhərin küçə, dalan və çoxmənzilli yaşayış binalarının həyətlərinə 30 min kvadratmetr yeni asfalt örtüyü salınıb, Nizami və Mehdi Hüseynzadə küçələrində yol dairələri müasir memarlıq üslubunda yenidən qurulub.
Yığıncaqda əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər, habelə cari ildə qarşıda duran vəzifələr geniş təhlil edilib.
Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək qarşıda duran konkret vəzifələrdən danışıb.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər