Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir

21 fevral 2020 | 16:00

21 fevral 2020-ci il tarixdə Göyçay Musiqi məktəbində Xocalı soyqırımına həsr edilmiş tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər, Qarabağ müharibəsi veteranları, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbir iştirakçılar əvvəlcə Musiqi məktəbində “Xocalı soyqırımı” adlı fotosərgiyə baxış keçirmiş daha sonra məktəbin akt zalında davam edən tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilmiş vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda, bütün insanlığa qarşı törədilən qatı cinayət olduğunu bildiriblər. Məlumat verilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq Xocalıya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Sonra rayon Mədəniyyət mərkəzinin tərəfindən hazırlanmış “Əsrin faciəsinin 28 ci ildönümü” adlı sənədli film, həmçinin musiqi məktəbinin şagirdlərinin ifasında faciəni özündə əks etdirən səhnələr nümayiş etdirilmiş və şeirlər söyləmişlər.

Keçidlər