Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti günü qeyd edildi

13 fevral 2020 | 16:00

13 fevral 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gününün 8-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin bütün şəxsi heyətini xidmətin yaranmasının 8-ci ildönümü münasibətilə təbrik edərək, bildirdi ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin tərəqqisi və davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir. Ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən səkkiz ildə istər idarəetmənin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi polkovnik leytenant Famil Əliyev  çıxış edərək bildirdi ki, ordumuzda ruh yüksəkliyi və vətənpərvərlik hissləri olduqca yüksəkdir. 2016-cı ilin Aprel döyüşləri bunu nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi. Rayonda  səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılması, yola salınması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm işlər görülür. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin hərbi xidmətə çağırış haqqında verdiyi Fərmanlar rayonumuzda həmişə vaxtında icra olunur, çağırış tapşırıqlarına artıqlaması ilə əməl olunur. Bu baxımdan xidmətin rayon şöbəsinin şəxsi heyəti  də qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün  öz  səy və  bacarıqlarını  əsirgəmir və  çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılması  məqsədilə  nəzarəti mütəmadi olaraq artırır.
Tədbirdə çıxış edən şəhid atası Mikayıl Qasımov və digərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 8-ci ildönümü münasibətilə Göyçay rayon şöbəsinin şəxsi heyətini  təbrik edərək xoş arzularını bildirdilər.

Keçidlər