Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının VI ümumrespublika yığıncağı keçirilib

31 yanvar 2020 | 16:00

Göyçayda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) VI ümumrespublika yığıncağı keçirilib. Yığıncağa İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), “Aqrar Tədarük və Təchizat” ASC-nin, Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) nümayəndələrinin, 10-na yaxın beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri və narçılıq fəaliyyəti ilə məşğul olan fermerlərin iştirakı ilə baş tutmuş tədbirə, ümumilikdə, 300-dək iştirakçı qatılıb.
ANİİA-nın VI ümumrespublika yığıncağında 2019-cu ilin yekunları və 2020-ci ildə fəaliyyət istiqamətləri geniş müzakirə olunub. Assosiasiyanın sədri Fərhad Qaraşov iştirakçılara 2019-cu il ərzində görülən işlər, qazanılan nailiyyətlər barədə ətraflı məlumat verib. O, assosiasiya üzvlərinin sayının 345-ə çatdığını qeyd edərək, onların yerli və beynəlxalq sərgilərdə iştirakı, həyata keçirilən sosial layihələr barədə danışıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Araz İsmayılov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirib, fəaliyyətinin təkmilləşdirilməsi, dövlət və özəl təşkilatlarla assosiasiyalar arasında koordinasiyanın təmin edilməsi istiqamətində fikirlərini bildiriblər.
Tədbir çərçivəsində Avropa İttifaqının keçirdiyi qrant müsabiqəsində qazanılan “Narçılıq Dəyər Zəncirində Üstün Keyfiyyətin Əldə Edilməsi və Dəyişikliklərə Dəstək (STEP)” layihəsi və ANİİA-nın 2020-ci il üçün fəaliyyət planı haqqında ətraflı məlumat verilib. Layihənin əsas məqsədinin narçılığın geniş yayıldığı aran iqtisadi rayonlarında bu sahə ilə məşğul olan icmaların rifahının artırılması, yüksək keyfiyyətli məhsulların bazara nüfuz etməsinə şərait yaratmaq olduğu vurğulanıb.
Yığıncaqda 2019-cu ildəki təlimlərdə narçılar arasında keçirilən təməl sorğunun nəticələri barədə məlumat verilib, narçılıqdakı real vəziyyət diqqətə çatdırılıb.
Aran rayonlarından olan assosiasiya üzvləri narçılıq sahəsindəki problemlər barədə danışıb, təkliflərini bildiriblər. Göstərilən problemlərin həlli məqsədilə assosiasiya adından müvafiq dövlət qurumlarına müraciət olunmasına qərara alınıb.

Keçidlər