Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

02 fevral Gənclər gününə həsr olunmuş “Gənclərimiz - Gələcəyimiz” adlı tədbir keçirilmişdir

31 yanvar 2020 | 16:00

31 yavar  2020-ci il tarixdə rayon Gənclər Mərkəzində gənclər gününə həsr olunmuş “Gənclərimiz - Gələcəyimiz” adlı tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatını əks etdirən guşəyə baxış keçirildikdən sonra Bayraq Muzeyi ilə tanış olmuşlar.
Gənclər Mərkəzində davam edən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə gəncləri təbrik edərək qeyd etdi ki, 1997-ci ildən bu günə qədər 02 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin fevral ayının 2-də keçirilmişdir. 1997-ci ildən fevralın 2-si ümumilli liderimiz Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Gəncləri Günü” elan olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına hər zaman böyük qayğı ilə yanaşmış, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, 2020-ci ilin  “Könüllülər ili”  elan olunması gənclər üçün göstərilən böyük bir diqqətin bariz nümunəsi olduğunu bildirdi.
Rayon  Gənclər və idman İdarəsinin rəisi Elşən Şirinov çıxış edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan gəncləri -“Sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.” inanırıq ki, bu gənclik böyük azərbaycanlı ulu öndər Heydər Əliyevin ideyalarını ölkəmizin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirəcək, inkişaf etdirəcək daha işıqlı gələcəyə aparacaqdır.
Gənc Dövlət Qulluqçuları adından rayon icra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların  müraciətləri ilə iş şöbəsinin  məsləhətçəsi Orxan Nağıyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının gənclər birliyinin sədri Tural Əhmədov, Gənclərin İnkişaf  və Karyera Mərkəzinin rayon nümayəndəliyinin rəhbəri Coşqun İsmayılzadə,  Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Fidan Babayeva çıxışlarında gənclərin bütün sahələrdə aktiv fəaliyyəti ilə seçilməsi, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynaması ölkə rəhbərliyi tərəfindən verilən yüksək dəyərin nümunəsi olduğunu bildirərək Göyçaylı gənclərin ölkə siyasətini daim dəstəklədiklərini bildirmişlər.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim edilmişdir.
Sonda gənc müğənnilərin ifasında bəstəkar mahnıları,  musiqi parçaları, həmçinin, milli və dünya rəqslərinin yer aldığı konsert proqramı nümayiş olundu.

Keçidlər