Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin açılış tədbiri keçirildi

24 yanvar 2020 | 16:00

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi 24 yanvar tarixində Göyçay rayonunda yerləşən Heydər Əliyev mərkəzində fəaliyyətə başladı. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, Gənclər Fondunun, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Açılış tədbirində çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.
Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı, Şəmkir, Bərdə, Ağcabədi, Xaçmaz, Goranboy, Yevlax, Lənkəran, Samux, Göygöl kimi rayonlarda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Yaxın bir neçə ay ərzində isə digər şəhər və rayonlarda mövcud Heydər Əliyev mərkəzlərində də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.
Sonra tədbirin iştirakçıları üçün Heydər Əliyev mərkəzində fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olunub, eyni zamanda, mərkəzin imkanları barədə qonaqlara ətraflı məlumat verilib. Tədbirlər gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib.
Region gəncləri, həmçinin, “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.

Keçidlər