Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Ləkçıplaq kəndində növbəti səyyar qəbul keçirmişdir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin Ləkçıplaq kəndində keçirdiyi səyyar qəbulda aidiyyatı qurumların və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Keçirilən qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etmələrinə şərait yaradılmışdır. Ümumilikdə 70-dən çox kənd sakininin iştirak etdiyi qəbulda Ləkçıplaq kənd inzibati ərazi nümayəndəsi Aydın Əliyev çıxış edərək ötən dövr ərzində kənddə görülmüş işlərdən və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.
Səyyar qəbulda rayon icra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək ölkəmizin 2003-cü ildən başlayaraq sürətlə inkişaf etməsindən, 2019-cu ildə də ölkə başçısı tərəfindən xeyli sayda sosial yönümlü əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bir çox fərman və sərəncamların söz açdı.
Sonra kənd sakinlərinin müraciətləri dinləninldi. Kənd sakini Şahin Hüseynov, Elburus Qasımov kənd sakinləri adından kənd təsərrüfatının inkişafına verilən dəstəyə, bu sahənin daha da inkişaf etdirilməsi üçün qəbul olmuş fərman və sərəncamlara, kənd əhalisinə göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlığını bildirdir.
Həmçinin görüşdə kənd əhalisinin problemləri dinlənilmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlar verilmişdir.