Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

05 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi

05 dekabr 2019 | 16:00

Göyçay rayon Heydər Əliyev Mərkəzində  keçirilən tədbirdə rayon icra hakimiyyətinin  başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin rayon sakinləri  iştirak edirdilər.
Tədbir iştirakçıları  əvvəlcə Ulu Öndər Heydər Əliyev abidəsi önünə  gül dəstələri düzərək xatirəsini ehtiramla  yad etdilər.
Rayon icra  hakimiyyətinin  başçısı Mehdi Səlimzadə  çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  aparılan  son islahatlara  toxunaraq  daha qüdrətli, daha rifahlı bir Azərbaycan  qurulması  hədəfinə doğru irəliləməyə, keçmiş illərin nə uğurlu  səhifələrini, nədəki acı xatirələrini  unutmamağa dəvət etdi. Azərbaycanda xalqın iradəsini  hökm sürdüyünü  vurğulayan  M.Səlimzadə ölkənin  heç kimdən aslı olmadığını,  müstəqil olmaq üçün  vətənpərvər, güclü  iqtisadiyyata  və sarsılmaz siyasi iradəyə malik  olmağı  qeyd etdi.
Rayon icra hakimiyyətinin başçısı tərəfindən 25 iyul 2019-cu il tarixdə  keçirilmiş  “Açıq Mikrofon”  tədbirində  vətəndaşlar tərəfindən  qaldırılan  məsələlərin  icra vəziyyəti  barədə  məlumat verilərək qeyd edildi ki:

1. Rayon Mədəniyyət evinin  binasının əsaslı təmiri işlərinə başlanılmışdır.
2. Rayonda  barama  tədarükü məntəqəsinin yaradılması ilə bağlı  Nazirlər Kabinetinə müraciət olunmuşdur.
3. Şəhər  stadionunda  yardımçı otaqlar tikilib  istifadəyə  verilmişdir.
4. Müskürlü və Qarabaqqal  kənd uşaq bağçaları  tikilərək istifadəyə verilmiş, 3 nömrəli uşaq  bağçasının  tikintisinə başlanılmışdır.
5. Şuşa məktəbinin  fəaliyyətinin davam etdirilməsi  məsələsi  nəzarətə götürülmüşdür.
6. İctimai nəqliyyatda  etik qaydalara riayət  etməyən sürücü  barədə  təsirli tədbirlər  görülmüşdür.
7. Ləkçıplaq  kənd 1 saylı tam orta  məktəbin təmir  işlərinə başlanılmış və  avqust ayınadək yekunlaşdırılması  nəzərdə tutulur.
8. Şəhərin təmiz saxlanılması ilə bağlı  mütəmadi olaraq  maarifləndirmə tədbirləri  keçirilir.
9. Mərkəzi rayon Xəstəxanasında Diaqnostika Mərkəzi  və Hemodializ  şöbəsinin yaradılması ilə bağlı  Tibbi Sığorta Agentliyinin  rəhbərliyinə  tövsiyyələr  verilmişdir.
10.  Rayonda Nəsimi ili çərçivəsində “Nəsiminin 650 illik” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi  keçirilmişdir. Rayon Gənclər Mərkəzində  bir neçə yaradıcı şəxsin  yaradıcılıq gecələrinin  keçirilməsi  ilə bağlı  tədbirlər  təşkil olunmuş və davamlı olaraq keçirilməsi nəzərdə  tutulur.

Göyçay rayonunda son üç il ərzində  istifadəyə  verilmiş,  əsaslı yenidən qurulmuş və təmir edilmiş obyektlər, aparılmış abadlıq və quruculuq  işləri, hazırda yeni tikintisi aparılan obyektlər haqqında  videoçarx nümayiş olundu.
Daha sonra  rayon ictimaiyyətinin  nümayəndələrinin, rayon sakinlərinin  müraciət və təklifləri dinlənildi.
Görüşdə çıxış edən sakinlər əsasən istismara yararsız olan uşaq bağçalarının əsaslı təmir olunmasının, mənzil şəraitinin yaxşılaşdırılmasını kəndarası yolların təmir olunmasını xahiş etdilər. Qaldırılan məsələlərin bir neçəsi yerində həll olundu, müvafiq izahatlar verildi, digərlərinin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilərək  nəzarətə götürüldü.
Rayon ictimaiyyətinin nümayəndələri  bu cür  tədbirlərin  davamlı olaraq  keçirilməsini  təqdirəlayiq  hesab etdilər.

Keçidlər