Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Ombudsman Göyçayda ictimai dinləmələr keçirmişdir

23 aprel 2013 | 15:00

 

“Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramı”nın təbliği və tətbiqinin müzakirəsi ilə bağlı Göyçay rayonunda ictimai dinləmələr keçirilib. Heydər Əliyev mərkəzində təşkil olunan tədbirdə icra və hüquq mühafizə orqanlarının rəhbər işçiləri, bələdiyyələrin, dairə seçki komissiyalarının, qeyri-hökümət təşkilatlarının, milli azlıqları nümayəndələri iştirak ediblər.
İctimai dinləmələrdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov milli fəaliyyət proqramının əhəmiyyətini qeyd edərək Göyçayda insan hüquqlarının təmini və adı çəkilən sənədin icrası sahəsində görülən işlərlə bağlı məlumat verib. Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəldilmiş tədbirlər haqqında danışıb. Ombudsman Elmira Süleymanova bildirib ki, milli fəaliyyət proqramı normativ hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi,  insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri müəyyən edir. Natiq ötən il üzrə milli fəaliyyət proqramının icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib. 2013-cü ili Azərbaycanda prezident seçkiləri ili olduğunu vurğulayan Ombudsman Elmira Süleymanova seçki hüquqlarının prioritet məsələ olduğunu vurğulayıb, sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər