Göyçay rayonun Müsükürlü kəndində sosial və inzibati binalar kompelksinin açılışı olub
08 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Göyçay rayonunun Müskürlü kəndində sosial, inzibati bina kompleksinin (40 yerlik uşaq bağşasının, tibb məntəqəsinin, kitabxanadan, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və kənd bələdiyyəsi üçün iş otaqları) açılış mərasimləri olmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəlyev çıxış edərək bildirdi ki, Müskürlü kəndi Göyçay şəhər mərkəzindən uzaq məsafədə olan kəndlərdən biri olmasına baxmayaraq kənddə bir çox layihələr uğurla icra edilmişdir. Müasir standartlara cavab verən Müskürlü kənd orta məktəbi, Qəbələ-Müskürlü kəndində modul tipli ibtidai məktəblərin binaları tikilmiş, uzun müddətli fasilədən sonra kəndə təbii qazın verilişi bərpa edilmiş, kəndin ərazisində yeni içməli su xətti və 11 ədəd bulaq tikilib quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Heydər Əliyev Fondu gözəl bir təşəbbüs irəli sürərək inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, kənd bələdiyyəsini, tibb məntəqəsi, kitabxana və uşaq bağçasını kompleks şəkildə tikilməsi təklifini etdi və qısa bir müddətdə müasir avadanlıqlarla təchiz edərək kənd əhalisinin istifadəsinə verdi.
Müskürlü kənd sosial inzibati bina kompleksi və uşaq bağçasının açılış mərasimində çıxış edən kənd sakinləri ölkə Prezidenti İlham Əliyev cənablarına, birinci vitse-prezident Mehriban xanım Əliyeva öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.