Göyçay rayonun Qarabaqqal kəndində uşaq bağçasının açılışı olub
08 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Fondu tərəfindən inşa edilən rayonunun Qarabaqqal kəndində uşaq bağçasının açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatları Sabir Hacıyev, Elman Nəsirli, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı, xalq şairi Fikrət Qoca və digər rəsmi şəxslər iştirak etmişlər.
Yeni inşa olunmuş Qarabaqqal kənd uşaq bağçasının 1 mərtəbəli, 16 otaqdan ibarətdir. Bağçada 1 müdir, 2 oyun, 2 yataq, 2 geyim, 1 tibb, 1 mətbəx və yardımçı otaqlar mövcuddur. Bina müasir avadanlıqlarla təchiz olunmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək bildirdi ki, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan siyasətin prioritet istiqamətini regionların sosial-iqtisadi inkişafı təşkil edir, bu istiqamətdə təhsil və məktəbəqədər təhsil müəssisələrinin maddi texniki bazalarının yaxşılaşdırılmasına daha çox önəm verilir. Çünki Ulu Öndər deyir ki, “Təhsil millətin gələcəyidir”. Tək elə Göyçayda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı və həmçinin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun dəstəyi ilə rayonda fəaliyyət göstərən 57 orta və ümumi məktəbdən 30-a yaxını tikilb və ya əsaslı təmir olunub, 4 ibtidai məktəb modul tipli layihə ilə inşa edilmişdir.
Qarabaqqal kənd uşaq bağçasının açılış mərasimində çıxış edən kənd sakinləri ölkə Prezidenti İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban xanım Əliyeva öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.