Azərbaycan Respublikasının Səhiyyə naziri Göyçay rayonunuda vətəndaşları qəbul edib
Prezident İlham Əliyev cənablarının tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.
Oktyabr ayının 11-də Səhiyyə naziri Oqtay Şirəliyev Göyçay Mərkəzi Rayon Xəstəxanasında Ağsu və Göyçaydan olan vətəndaşları qəbul edib.
Qəbul zamanı nazir Oqtay Şirəliyev Ağsu və Göyçaydan olan vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.