Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Çaxırlı kəndində növbəti səyyar qəbul keçirmişdir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin Çaxırlı kəndində keçirdiyi səyyar qəbulda aidiyyatı qurumların və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Keçirilən qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etmələrinə şərait yaradılmışdır. Ümumilikdə 75 nəfərə yaxın kənd sakininin iştirak etdiyi qəbulda Çaxırlı kənd inzibati ərazi nümayəndəsi Oqtay Zəkəriyyəyev məlumat verərək ötən dövr ərzində kənddə görülmüş işlərdən və qarşıda duran problemlər barədə danışdı.
Səyyar qəbulda rayon icra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək ölkəmizin son illər sürətlə inkişaf etməsindən, 2019-cu ildə də ölkə başçısı tərəfindən xeyli sayda sosial yönümlü əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bir çox fərman və sərəncamların söz açdı.
Sonra kənd sakinlərinin müraciətləri dinləninldi. Kənd sakinləri kənd təsərrüfatının inkişafına verilən dəstəyə, bu sahənin daha da inkişaf etdirilməsi üçün qəbul olmuş fərman və sərəncamlara, kənd əhalisinə göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlığını bildirdir.
Görüşdə kənd əhalisinin problemləri dinlənilmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir.