Göyçay rayonunda növbəti əmək yarmarkası keçirilib.
04 oktyabr 2019 | 16:00
Əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən əmək yarmarkasında 12-si dövlət, 5-i isə qeyri-dövlət olmaqla şəhərdə fəaliyyət göstərən 17 idarə və təşkilatdan 138 boş iş yeri təqdim olunmuşdur.
Yarmarkada 157 nəfər işaxtaran şəhər sakini iştirak edib. Onlardan 42 nəfərə daimi işlə təmin olunmaları üçün göndəriş verilib.
Bundan başqa 48 nəfər peşə hazırlığı kurslarına göndərilib.