Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayın Cəyirli və Qubadlı Şıxlı kəndlərinə təbii qaz verilmişdir

08 mart 2013 | 16:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda əhalinin təbii qaza olan tələbatının ödənilməsi üçün mühüm işlər görülür. Novruz bayramı ərəfəsində Göyçay rayonunun Cəyirli və Qubadlı Şıxlı kəndlərində əhaliyə təbii qaz verilmişdir. Bu münasibətlə martın 6-da keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatı Sabir Hacıyev, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik etmişdir. Natiqlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin bütün bölgələrinin, o cümlədən Göyçayın sürətlə inkişaf etdiyini, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində vacib tədbirlərin görüldüyünü vurğulamışlar.
       Qeyd edilmişdir ki, son illər rayonda qaz təsərrüfatının inkişaf etdirilməsi, əhaliyə səmərəli xidmət göstərilməsi istiqamətində xeyli işlər görülmüşdür. Məlumat verilmişdir ki, 21 illik fasilədən sonra Göyçay rayonunun Cəyirli və Qubadlı Şıxlı kəndlərində 20 min 460 poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilmiş, ümumilikdə 409 mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılmışdır. Hazırda isə Bığır, Qarayazı, Məlikkənd Cəyirli kəndlərinin qazlaşdırılması üçün görülən işlər uğurla davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Bundan əlavə hazırda Göyçayın Potu, Ulaşlı-Şıxlı və Kürd kəndlərində istismara yararsız olan yeraltı polad qaz xətlərinin polietilen borularla əvəz edilməsi istiqamətində işlər davam etdirilir. Bugünədək Göyçay şəhərində və 17 kənddə 13 min 187 mənzil qazlaşdırılmışdır. Hazırda rayonda ümumi abonentlərin 55 faizi təbii qazdan istifadə edir və ilin sonunadək bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.
        Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxışlarında Novruz bayamı ərəfəsində əhaliyə təbii qazın verilməsinin kəndlərdə bayrama çevrildiyini bildirmiş və bu sevinci onlara bəxş edən Prezident İlham Əliyevə minnətdarlıq etmişlər. Sonra kəndlərə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılmışdır.

Keçidlər