Göyçay rayonunun Mollahacılı kəndinə təbii qaz verilişi bərpa edilib
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişfına dair Dövlət Proqramlarına uyğun olaraq son illər rayonda yaşayış məntəqələrinin qazlaşdırılması, əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində əməli tədbirlər görülmüşdür.
09 oktyabr 2019-cu il tarixdə Göyçay rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Mollahacılı kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik edərək bildirib ki, hazırda rayonun 56 yaşayış məntəqəsindən 51-nə təbii qaz verilişi bərpa edilmişdir. Hazırda rayon əhalisinin 98,7%-i təbii qazdan istifadə edir.
Sonra “Azəriqaz” İB-nin Ağsu Regional Qaz İstismar sahəsinin rəisi Namiq Məmmədov çıxış edərək yaşayış məntəqəsinin qazlaşdırılması üçün Mollahacılı kəndində birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 83 metr müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkildiyini, 69 sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirdi.
Tədbirdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə Ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda məşəl alovlandırılıb və kəndə təbii qaz verilişi bərpa edilib.