Göyçay rayonunda sahibkarlarla görüş keçirildi
26 sentyabr 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin 100-ə yaxın sahibkarlar iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, regionların tarazlı və davamlı inkişafı, qeyri-neft sektorunun yüksəlişi, yeni istehsal müəssisələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirən dövlət başçısı İlham Əliyevin ölkədə milli sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı gördüyü işlər rayonumuzda da özəl sektorun dinamik inkişafına güclü təkan vermişdir.
Rayon icra hakimiyyəti tərəfindən də rayon ərazisində investisiya və biznes mühitinin yaxşılaşdırılması, rayon iqtisadiyyatına daha geniş həcmdə özəl investisiyaların cəlb edilməsi istiqamətində əməli tədbirlər görülmüşdür.
Keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandıılmış, qarşıya çıxan bəzi problemlər yerində həll olunmuş, mövcud problemlərin aradan qaldırılması yolları barədə ətraflı fikir mübadiləsi aparılmış və bir sıra məsələlər müzakirə olunmuşdur.
Sonra çıxış edən sahibkarlar yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onların fəaliyyətlərinin daha da genişləndirilməsinə köməkik göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndirmişlər.