Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Kürdəmiş kəndində növbəti səyyar qəbul keçirmişdir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin Kürdəmiş kəndində keçirdiyi səyyar qəbulda aidiyyatı qurumların və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Keçirilən qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etmələrinə şərait yaradılmışdır.
Səyyar qəbulda rayon icra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək ölkəmizin son illər sürətlə inkişaf etməsindən, 2019-cu ildə də ölkə başçısı əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bir çox fərman və sərəncamların söz açdı.
Sonra kənd sakinlərinin müraciətləri dinləninldi.
Sakinləri narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran rayon icra hakimiyyətinin başçısı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Qeyd olunub ki, yerlərdə keçirilən görüşlərin əsas məqsədi əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə nail olmaqdır.
Kənd sakinləri son bir il ərzində qəbul olmuş fərman və sərəncamlara, kənd əhalisinə göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlığını bildirdir.