Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Qarabağlar kəndində növbəti səyyar qəbul keçirmişdir.

30 avqust 2019 | 16:00

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin Qarabağlar kəndində keçirdiyi səyyar qəbulda aidiyyatı qurumların və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Keçirilən qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etmələrinə şərait yaradılmışdır. Ümumilikdə 70 nəfərə yaxın kənd sakininin iştirak etdiyi qəbulda Qarabağlar kəndinin daxil olduğu Şəhadət kənd inzibati ərazi nümayəndəsi Kərim Seyidov məlumat verərək ötən dövr ərzində kənddə görülmüş işlərdən və qarşıda duran problemlər barədə danışdı.
Səyyar qəbulda rayon icra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək ölkəmizin son illər sürətlə inkişaf etməsindən, 2019-cu ildə də ölkə başçısı tərəfindən xeyli sayda sosial yönümlü əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bir çox fərman və sərəncamların söz açdı.
Sonra kənd sakinlərinin müraciətləri dinləninldi. Kənd sakinləri kəndin yolunun asfaltlaşdırılması, kənd təsərrüfatının inkişafına verilən dəstəyə,  bu  sahənin daha da inkişaf etdirilməsi üçün qəbul olmuş fərman və sərəncamlara, kənd əhalisinə göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlığını bildirdir.
Görüşdə kənd əhalisinin problemləri dinlənilmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər