44 günlük Vətən Müharibəsinin Göyçaydan olan ilk şəhidi Zamiq Əhmədovun 5-ci ildönümü qeyd edilib
44 günlük Vətən Müharibəsinin Göyçaydan olan ilk şəhidi Əhmədov Zamiq Çingiz oğlunun Ləkçılpaq kəndində 5-ci ildönümü qeyd edilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, RİHB-nın Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin əməkdaşları, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Ləkçılpaq kəndində dəfn olunmuş şəhidin məzarı ziyarət edilib və üzərinə gül-çiçək dəstələri düzülüb.
Xatırladaq ki, şəhid Zamiq Əhmədov 16.11.1987-ci il tarixdə Göyçay rayonu Ləkçılpaq kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 27 sentyabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






