44 günlük Vətən Müharibəsinin Göyçaydan olan ilk şəhidi Əhmədov Zamiq Çingiz oğlunun 4-cü ildönümü qeyd edilib
44 günlük Vətən Müharibəsinin Göyçaydan olan ilk şəhidi Əhmədov Zamiq Çingiz oğlunun Ləkçıplaq kədində 4-cü ildönümü qeyd edilib.
Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidin anım günündə iştirak ediblər.
Ləkçılpaq kəndində dəfn olunmuş şəhidin məzarı ziyarət edilib və üzərinə gül-çiçək dəstələri düzülüb.
Xatırladaq ki, şəhid Zamiq Əhmədov 16.11.1987-ci il tarixdə Göyçay rayonu Ləkçılpaq kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 27 sentyabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
#AnımGünü
#27Sentyabr2020
#27SentyabrAnımGünü
Şəhidlər Ölməz!
Vətən Var Olsun!
Qəhrəmanlar unudulmur!
Sənə can qurban, Azərbaycan!
Şəhidlərimizə ehtiramla!