Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik Babək Səmidlinin dördüncü ildönümü qeyd olunub

24 noyabr 2024 | 13:17

24 noyabr 2024-cü il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn polkovnik Babək Səmidlinin dördüncü ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olunub.

Tədbirdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edənlər şəhid polkovnik Babək Səmidlinin  qısa və mənalı ömür yolundan bəhs edilib və qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Zəfər Qələbəsi qazanıb. Şəhid Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsində iştirak edib, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərə rəhbərlik edənlərdən biri olub.

Babək Səmidli 24 noyabr 2020-ci il tarixdə Suqovuşan ərazisində minaya düşərək şəhidlik zirvəsinə ucalıb və doğma yurdu olan Göyçay şəhəri Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilib. Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik Babək Səmidlinin adını daşıyır.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Zəfər” ordeni və “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər