Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Qəbələ-Müskürlü kəndində səyyar qəbul keçirmişdir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin Qəbələ-Müskürlü kəndində keçirdiyi səyyar qəbulda aidiyyatı qurumların və xidmət təşkilatlarının rəhbərləri ilə iştirak etmişlər.
Qəbələ-Müskürlü kəndinin də daxil olduğu Müskürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mahizər Əliyeva çıxış edərək ötən dövr ərzində kənddə görülmüş işlər və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.
Həmçinin görüşdə kənd əhalisinin problemləri dinlənilmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlar verilmişdir.
Sonda kənd sakinləri kənd təsərrüfatının inkişafına verilən dəstəyə, bu sahənin daha da inkişaf etdirilməsi üçün qəbul olmuş fərman və sərəncamlara, kənd əhalisinə göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər.