Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Dövlət Qulluqçularının Peşə bayramı günü qeyd edildi

21 iyun 2019 | 16:00

Rayonda 23 iyun Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı, icra aparatının məsul işçiləri, müxtəlif təşkilatlarda çalışan dövlət qulluqçuları iştirak edirdilər.
Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin rayon İcra Hakimiyyətinin inzibati binasındakı büstünün qarşısına gül-çiçək dəstələri düzmüşlər.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.
Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, rayon Statistika idarəsinin müdiri Teymur Şirinov, gənc dövlət qulluqçuları adından rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Nicat Musayev çıxış edərək qeyd etdilər ki, Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə hər il  iyun ayının 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə bayramı günü kimi qeyd edilməsi ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırır.
Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə bir qrup şəxs rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlandırılmışdır.

Keçidlər