Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonun ümumtəhsil məktəblərində “Son Zəng” tədbirləri keçirildi

14 iyun 2019 | 16:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 iyun 2019-cu il tarixli, F-350 №-li əmrinə müvafiq olaraq Göyçay rayonun ümumtəhsil məktəblərində də “Son Zəng” tədbirləri keçirilmişdir. Rayonun bütün məktəblərində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan “Son Zəng” mərasimlərində rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin nümayəndələri, valideyinlər yaxından iştirak etmişlər.
Bu il rayonun 39 tam orta məktəbindən 890 nəfər məzun olmuşdur.
Şəhər 3 və 5 nömrəli tam orta məktəblərin son zəng tədbirlərində iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək, müstəqil həyatın astanasında duran məzunları bu əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulamış, ölkə rəhbərliyi tərəfindən Respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Göyçay rayonunda təhsilin inkişafı barədə ətraflı məlumat vermiş, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzulamışdır.
Daha sonra məktəbin müəllimləri,valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik etdilər və onlara müstəqil həyatda uğurlar arzuladılar.
Tədbir məktəblilər və məzunların iştirakı ilə maraqlı musiqi proqramı ilə davam etmiş, son zəngin səsləndirilməsi ilə başa çatmışdır.

Keçidlər