Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda IX Şairlər günü qeyd edildi

12 iyun 2019 | 16:00

12 iyun 2019-cu il tarixdə xalq şairi Rəsul Rzanın ev muzeyində Şairlər günü münasibəti ilə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Azərbaycan Yazıçılar Birliyinin Mikayıl Müşfiq Komissiyasının sədri, Mətbuat Xidmətinin, Şairlər Günün Layihəsinin rəhbəri, şair Xəyal Rza, Türkiyə  elm və ədəbi əsər sahibləri Birliyinin başqanı, şair Mehmet Nuri Parmaksız, Qazaxıstan yazıçılar  Birliyinin birinci  katibi, şair Akberen  Elgezek, həmçinin Türkiyənin digər tanınmış şair və ədədbiyyatçılar, sənət adamları iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Əli Kərim adına şəhər parkını yerləşən Şəhidlər xiyabınını və “Əbədiyaşar Ədiblər” Kompleksini ziyarət edərək, abidə önünə tər gül-çiçək dəstələri düzmüşlər.
Xalq şairi Rəsul Rzanın ev muzeyində davam edən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Ulu Öndərin həmişə yaradıcı insanların yanında olduğunu, onlara diqqət və qayğı göstərdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək Türkiyə və Azərbaycan arasında yaranmış ədəbi körpünün türk dünyası yazarlarının bir–birini tanımasına vəsilə olduğunu söyləyib. O, bu gün belə genişmiqyaslı ədəbi əlaqələrin yaranmasının təqdirəlayiq olduğunu qeyd edib.
Sonra Türkiyə  elm və ədəbi  əsər sahibləri  Birliyinin başqanı, şair Mehmet Nuri Parmaksız bu cür tədbirlərin türk dünyasının yazarları arasındakı mənəvi bağlılığı gücləndirdiyini diqqətə çatdırıb.
Daha sonra “Mən torpağam”, “Məndə ixtiyar olsa”, “Soruş” şeirləri qirayətçilər tərəfindən səsləndirib.
Tədbir Göyçay rayon mədəniyyət evinin və uşaq musiqi məktəbinin kollektivinin ifasında konsert proqramı ilə başa çatıb.
Qonaqlar rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə təltif olunublar.

Keçidlər