Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Veysəlli kəndində səyyar qəbul keçirmişdir.

07 iyun 2019 | 16:00

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin Veysəlli kəndində keçirdiyi səyyar qəbulda aidiyyatı qurumların və xidmət təşkilatlarının rəhbərləri ilə iştirak edirdilər.
Veysəlli kəndinin də daxil olduğu Şəkər kənd icra nümayəndəsi Mürsəl Nəzərov çıxış edərək ötən dövr ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.
Həmçinin görüşdə kənd əhalisinin problemləri dinlənilmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlar verilmişdir.
Sonda kənd sakinləri kənd təsərrüfatının inkişafına verilən dəstəyə,  bu  sahənin daha da inkişaf etdirilməsi üçün qəbul olmuş fərman və sərəncamlara, kənd əhalisinə göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər.
Daha sonra rayon rəhbəri rayonun Veysəlli, Şəkər, Qaraxıdır kəndlərində  yetişdirilən barama qurdlarına baxış keçirdi və onların yem bazası ilə təminatının vəziyyəti haqqında maraqlanıldı.
Rayon rəhbəri tərəfindən barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyyə və tapşırıq verildi.

Keçidlər