Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

2012-ci ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

15 fevral 2013 | 16:00

Iştirakçıları əvvəlcə ümumilli liderimiz Heydər Əliyevin heykəli önünə tər güllər düzüblər. Rayonun sosial-iqtisadi inkişafını əks etdirən lövhələrə baxıblar. Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, ötən il ümumi məhsul buraxılışının həcmi 2,5 faiz artaraq 215,10 milyon manat olub. Sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapital 38,7 milyon manat investisiya yönəldilib. Tikinti quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi əvvəlki illə müqayisədə 3,7 faiz artıb. İnvestisiyanın 90 faizi istehsal təyinatlı obyektlərin tikintisinə sərf olunub. Hesabat ilində kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi 2,7 faiz artaraq 91,4 milyon manata yüksəlib. 2012-ci ildə quruculuq-abadlıq işləri də davam etdirilib. Heydər Əliyev və M.Ə.Rəsulzadə prospektlərində çoxmərtəbəli yaşayış binalarının fasad hissələri müasirləşdirilib, dam örtükləri dəyişdirilib. Şəhərin mərkəzində bayraq meydanı inşa olunub. 3  kənddə yeni məktəb binası tikilib. Bir uşaq evinin, mərkəzi xəstəxananın, tarix diyarşunaslıq muzeyinin əsaslı təmirinə başlanılıb. Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsinin icrası, gənclər evinin, şahmat məktəbinin, su elektrik stansiyasının, bir sıra inzibati binaların inşası davam etdirilib. 9 kənddə qazlaşdırma işləri aparılıb. Kürdəmiş və Türkmən kəndləri mavi yanacaqla təmin olunub. Ümumiyyətlə ötən il Göyçayda 712 daimi iş yeri açılıb. Hesabat yığıncağında qarşıda duran vəzifələr də təhlil olunub. Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev və millət vəkili Şəmsəddin Hacıyev çıxış edərək ölkədəki sosial-iqtisadi inkişaf tədbirlərindən söz açıblar.

Keçidlər