Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon icra hakimiyyətində Baramaçılığın inkişaf etdirilməsi sahəsində və cari məsələlər haqqında yığıncaq keçirilmişdir.

09 may 2019 | 16:00

09 may 2019-cu il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında rayon iqtisadiyyatının yüksəldilməsi, aqrar sahənin xüsusi ilə baramaçılığın inkişaf etdirilməsin istiqamətində təşkil olmuş yığıncaqda, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Hacıyev, rayon icra hakimiyyətinin başçısı, şəhər və kənd inzibati ərazi dairələrinin nümayəndələri, kənd bələdiyyə sədrləri, idarə, müəssisə rəhbərləri, kümdarlar iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir iştirakçılaını təbrik edib.
Sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsinə dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” respublikada baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsinə, bu sahədə ixrac potensialının artırılmasına və kənd əhalisinin məşğulluğunun təmin edilməsinə imkan verəcəkdir. Göyçay rayonunda da baramaçılığın inkişaf etdirilməsi üçün böyük potensial var. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Göyçay rayonunda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil ki, son üç ildə rayonda kənd təsərrüfatının bu sahəsinə maraq göstərənlərin sayı xeyli artıb. Bunu nəzərə alaraq rayon İcra hakimiyyətində aidiyyəti idarə və təşkilatların nümayəndələrinin və kümdarların iştirakı ilə yığıncaqlar keçirilmiş, ötən ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Ötən ilki mövsümdə əldə edilmiş yüksək nəticənin bu il daha da yaxşılaşdırılması üçün bu sahəyə məsul şəxslərə konkret tapşırıqlar verilmişdir.
Daha sonra rayon ərazisində yerləşən parklara, yaşıllıqlara qulluq edilməsi, şəhər təsərrüfatının yaxşılaşdırılması ilə bağlı aiddiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verildi.
Sonda Milli Məclisinin deputatı Sabir Hacıyev cənab İlham Əliyevin respublikamızın hərtərəfli və sürətli  inkişafı naminə həyata keçirdiyi çoxşaxəli və innovativ islahatlar barədə geniş məlumat verdi.
Yekunda rayon icra hakimiyyətinin başçısı M.Səlimzadə və Milli Məclisinin deputatı S.Hacıyev barama qurdları saxlanılan ərazilərə baxış keçirdilər və lazımi tövsiyyələr verdilər.

Keçidlər