Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda görkəmli oftalmoloq alim, ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilib.

25 aprel 2019 | 16:00

Rayon mərkəzi xəstəxanasında keçirilən tədbirdə əvvəlcə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Mərkəzi xəstəxananın baş həkiminin müavini Ləman Hacıyeva çıxış edərək, akademik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə yaddaşlarda əbədi həkk olunan şərəfli və mənalı bir ömür yaşadığını, elmin çətin yollarında inamla irəliləyərək ən uca pillələrə yüksəldiyini, nümunəvi bir həyat yolu keçdiyini söyləyib.

Tədbirdə oftalmoloq həkim Sevinc Abdullayeva, Ailə Planlaşdırma Mərkəzinin baş həkimi Tamella Əsgərova, rayon Qadınlar Şurasının sədri Tahirə Qurbanova alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışıblar. Vurğulanıb ki, Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, mehriban ana olub.

Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, Azərbaycan tibb elminin, xüsusilə onun oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə minlərlə insana nur bəxş edib, gözlərə işıq verib.

Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər