Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun Qaraməryəm kəndində Alxasava, Aşağı Qaraməryəm, Bığır, İnçə, Qaraməryəm kənd inzibati ərazi dairələrinə daxil olan kəndlərin əhalisi ilə səyyar görüş-qəbul keçirilmişdir.

29 mart 2019 | 16:00

Qaraməryəm kəndində keçirilmiş yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı,  rayonun idarə, müəssisə və təşkilat rəhbələri, qonşu kəndlərin  əhalisi iştirak ediblər.
Yığıncaqda rayon icra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək qeyd etmişdir ki, ölkəmizin son illər sürətlə inkişaf etməsi nəticəsində dünya ölkələri arasında öz layiqli yerini tutur.
Ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən 2003-cü ildən başlayaraq bu inkişaf davam etdirilir. 2019-cu ildə də cənab Prezident tərəfindən uğurlu islahatların yeni mərhələsinin icrasına başlanılmışdır. 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərində möhtərəm prezidentimiz qeyd etmişdir ki, yaxın gələcəkdə islahatlar davam etdiriləcək, xüsusi ilə sosial yönümlü islahatların yeni mərhələsinə başlanılacaqdır. Cari ilin yanvar-fevral aylarından başlayaraq cənab Prezidentin ünvanladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev  çıxış edərək bildirdi ki, dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsinin, sosial problemlərin həllini başlıca vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Sonra son aylar imzalanan fərman və sərəncamlar barədə kəndlərin əhalisinə ətraflı izahat verərək qeyd etdi ki, dövlət başçısı tərəfindən fevral ayının 8-də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən “Minimum aylıq əmək haqqının artırılması haqqında” Sərəncam imzalayıb. Bu sənədə əsasən bu il martın 1-dən minimum əmək haqqı 38,5% - 50 manat – artırılaraq 130 manatdan 180 manat yüksəldi. Bu da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda işləyən 600 min işçinin əmək haqqınln artması deməkdir. Bu mühüm sosial əhəmiyyətli tədbir eyni zamanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək qeyri rəsmi məşğulluğun aradan qaldırılmasına da tövhə verəcəkdir.
Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı 1 fərman və 2 sərəncam ölkəmizdə yüksək ixtisaslı bacarıqlı mütəxəssislərin hazırlanmasına xidmət göstərəcəkdir. Prezidentin imzaladığı fərman və sərəncama əsasən doktorantların, adlı təqaüd alan tələbələrin, həmçinin magistratura, bakalaviriat və orta ixtisas səviyyəsi üzrə akademik göstəriciləri olanların peşə təhsilli müəssisələrinin tələbələrinində təqaüdü yüksəldi. Bu sərəncamlara əsasən təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı.
Ölkə Prezidentinin yeni inkişaf konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Lakin son illər bəzi çoxmənzilli yaşayış binalarında  tikinti işləri şəhərsalma qanunvericiliyinin tələbələrinə riayət olunmadan, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılıb. Nəticədə həmin binaların rəsmiləşdirilməsi qeyri-mümkün olub. Dövlət başçısının fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsini sadələşdirilməsi haqqında” fərmanı tikinti sahəsində inqilabi yenilik etdi. Bakı şəhərində tikintisinin başa çatmasına və sakinlərin məskunlaşmasına baxmayaraq, rəsmi olaraq istismarına icazə verilmiş 400-ə qədər çoxmənzilli bina var idi. Həmin binanın sakinləri yaşadıqları mənzillərlə bağlı çıxarış sənədləri ala bilmirdi. Fərmana əsasən bu binaların sakinləri qısa müddət ərzində mülkiyyət hüquqlarını təmin edə biləcəklər.
Hər zaman şəhid ailələrinə, müharibə veteranlarına böyük diqqət göstərən dövlət başçısı fevralın 21-də imzaladığı 1 sərəncam və 1 fərmanla Əfqanıstan veteranlarının və onların ailə üzvlərinin heç vaxt dövlətin diqqətindən kənarda qalmadığını təsdiqlədi. Sərəncama əsasən Əfqanıstan Veteranlar İctimai Birliyinə 1 milyon manat vəsait ayrıldı. Fərmana əsasən Əfqanıstan müharibəsində həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçuların ailəsi üçün prezident təqaüdünün aylıq məbləği martın 1-dən 80 manat artırılaraq 300 manat müəyyən edildi. Bundan bir qədər əvvəl dövlət başçısının 30 yanvar tarixli fərmanı ilə şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləği də 58 manat artırılaraq 300 manata çatdırılıb. Hazırda dövlət tərəfindən 12200-dən çox şəhid ailəsinə birdəfəlik maddi yardım kimi 11 min manat ödəniş edilib və bu ilin sonuna qədər bu proqram tam icra olunacaq.
Dövlət başçısının fevralın 25-də imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən yaşa görə müavinət 73 manatdan 130 manat yüksəldi. I qrup əlilliyə görə müavinət 150 manat, II qrup əlilliyə görə 130 manat, III qrup əlilliyə görə isə 110 manata çatdırıldı. Bundan başqa sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün verilən 82 manat 150 manata, ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri üçün 68 manat 80 manata, uşaqların qəyyumları üçün verilən 61 manat 100 manata,müddətli həqiqi hərbi xidmət qulluqçuların uşaqları üçün 68 manat 100 manat, 5-dən çox uşağı ola qadınların hər uşağı üçün 35 manat 55 manata, uşağın anadan olmasına görə 109 manat 200 manata, dəfn üçün ödənilən 146 manat sosial müavinət 300 manata çatdırıldı. Bu sərəncam ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasına xidmət edir. Sərəncama əsasən edilən artımlara illik 400 milyon manat artırılacaq.
Prezidentin fevralın 26-da imzaladığı sərəncamlardan biri də məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlıdır. Sərəncama əsasən məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği aprelin 1-dən 50% artırılacaq. Onu da qeyd etmək lazımdır ki, məcburi köçkünlərin hər zaman qayğısına qalan dövlət onların mənzil məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə bu il 7000 minə qədər köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Dövlət başçısı tərəfindən fevral ayının 27-də pensiyaların artırılması ilə bağlı çox ciddi qərar qəbul edildi. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncama əsasən minumum pensiya 38,5% artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Minumum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edir. Artımın təmin edilməsi üçün 49 milyon manat əlavə vəsait ayrılacaq.
Dövlət başçısı uzun müddət vətəndaşları narahat edən problemli kreditlərin həlli ilə bağlı verdiyi sərəncamlar və fərmanlar əhalinin rifah halının yüksəlməsinə xidmət edəcəkdir. Prezident İlham Əliyevin fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı uzun müddət əhalini narahat edən problemə son qoydu. Fərmana əsasən fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi mərkəzi bankın elan etdiyi məzənnəyə uyğun olaraq Dövlət büdcəsinin vəsaiti hesabına 3 aydan gec olmayaraq manatla ödəniləcək. Fərmanda 2015-ci ildə baş verən 21 fevral və 21 dekabr devalvasiyaları nəticəsində kredit borcunun artan hissəsinə güzəşt ediləcək. Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi, cənab Prezident vətəndaşla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll olundu. Dövlət başçısı bu fərmanla bir daha dövlətin potensialından xalqın mənafeyi üçün istifadə olunduğunu nümayiş etdirdi. Prezident problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi.
Vətəndaşların sosial rifahının yaxşılaşdırılmasını ən başlıca vəzifə hesab edən Prezident İlham Əliyev əhalini narahat edən bütün məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara ciddi tapşırıqlar verir və icrasının nəticəsi ilə şəxsən özü maraqlanır. Bütün bunlara əsasən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqlənən il olacaq. Cənab Prezidentin söylədiyi kimi Azərbaycan bu il də uğurlar və inkişaf yolu ilə gedəcək.
Yekunda müvafiq xidməti təşkilatların rəhbərləri əhalini maraqlandıran suallara cavab verdirlər.
Kədlərin əhalisi tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, digərləri barədə aidiyyatı qurumların rəhbərlərinə müvafiq  tapşırıqlar verilib.

Keçidlər