Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.

28 mart 2019 | 16:00

2019-cu il Mart ayının 28-də Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı münasibəti ilə Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanların rəhbərləri, ağsaqqallar  və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə Dövlət Təhlükəsizlik Xidmətinin yaranmasının  100 illiyi  və bu günki peşə bayramı münasibətilə təhlükəsizlik orqanının rayon şöbəsinin  şəxsi heyətini, veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını təbrik edərək bildirdi ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra örnək olan ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində Azərbaycanın hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilməsində, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında DTX-nın xüsusi rol oynadığı nəzərə çatdırmışdır.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinın rayon şöbəsinin rəisi Kamal Nəbiyev, Göyçay rayon prokuroru Muxtar Eminov, rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, rayon Mərkəzi Xəstəxanası baş həkimin müavini Ləman Hacıyeva, rayon ağsaqqalı Səməd Süleymanov və rayon gəncləri adından Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Tural Səfərov çıxışlarında Dövlət Təhlükəsizlik Xidmətinin yaranma tarixindən və ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra xalqın maraqlarının və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətlərindən danışdılar.
Tədbirdə Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə videoçarx nümayiş olunub.
Sonda Dövlət Təhlükəsizliyi Xidməti Göyçay rayon şöbəsinin bir qrup əməkdaşına Göyçay Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xatirə hədiyyələri və təşəkkürnamə ilə təltif olunublar.

Keçidlər