Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Martın 19-da Göyçay rayonunda Novruz bayramı şənliyi keçirilmişdir

19 mart 2019 | 16:00

Xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə şəhər mərkəzində rayon İcra Hakimiyyəti,  hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri, eləcə də  rayon ictimaiyyətindən ibarət tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Göyçay  rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bayram münasibətilə rayon sakinlərini təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.
Bayram tədbirində kənd icra nümayəndəliklərinin, bələdiyyələrin, təhsil və səhiyyə sahəsinin təşkilatçılığı ilə rəngarəng Novruz sərgisi keçirilmişdir. Rayon mədəniyyət evinin, uşaq musiqi məktəbinin kollektivləri, idmançılar və pəhlivanlar, kəndirbazlar maraqlı çıxışlar etmişlər.
Tədbirdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi vurğulanıb.
Sonda rayon Mədəniyyət evinin təşkil  etdiyi  bayram konsert proqramı ilə tədbir davam etdirilib.

Keçidlər