Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Gənclər həftəsi”nin yekunu ilə bağlı tədbir keçirilmişdir

08 fevral 2013 | 16:00

Yanvar-31-dən fevralın 7-dək Göyçay rayonunda keçirilən “Gənclər həftəsi”nin yekunu ilə bağlı ümumrayon gənclərinin toplantısı keçirilmişdir. Gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Tədbirdə idarə və təşkilatlarda, təhsil və səhiyyə müəssisələrində çalışan 300-ə yaxın gənc, eləcə də gənclər sahəsində fəaliyyət göstərən QHT-lərin nümayəndələri iştirak etmişlər. Bu tədbirdə gənclər fikir mübadiləsi aparmış, onlar öz təşəbbüslərini irəli sürmüş, problemləri öyrənilmiş və onların həlli üçün işlər görülməsi qərara alınmışdır. Yığıncaqda çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev öz fəaliyyəti dövründə daim müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yetişdirməyə çalışmışdır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyini yaratmaqla xalqının gənclərini bir araya toplamış, 1996-cı il fevralın 2-də isə müstəqil dövlətin ilk gənclər formu keçirilmişdir. Dahi şəxsiyyət Heydər Əliyev gənclərin fikrini öyrənir, azad və sağlam düşüncəli kadrlar yetişdirməyə çalışırdı. Gənclərin hakim partiya olan Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşməsi də dövlətin onlara olan qayğısından qaynaqlanır.
Çıxışlarda qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycanda bu günkü gənclərin qanunvericilik və idarəetmə sistemində çalışması dahi rəhbər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı deməkdir. Natiqlər vurğulamışlar ki, dövlətin bu diqqət və qayğısını göyçaylı gənclər də daim hiss edirlər. Rayonun fəal gəncləri çıxış edərək hazırda Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd etmiş, dahi şəxsiyyət Heydər Əliyevin əməllərini, ideyalarını yaşatmaq üçün bütün güc və bacarıqlarını səfərbər edəcəklərini bildirmişlər. Gənclərə göstərilən diqqət və qayğı sağlam və savadlı gənc nəslin yetişməsinə xidmət edir.
Tədbirdə Göyçay gənclərinin təhsil, idman, idarəetmə sahəsində əldə etdiyi uğurlardan danışılmışdır. Məlumat verilmişdir ki, rayon əhalisinin 60 faizini gənclər təşkil edir. Sonuncu dəfə ali məktəblərə keçirilən qəbul imtahanlarında 344 göyçaylı gənc tələbə adını qazanmışdır ki, onlardan 15-i 600-dən yuxarı bal toplamışdır. 2012-ci il “İdman ili”ndə Göyçay gənclərinin sağlamlığının qorunması, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, Göyçayda idmanla məşğul olan 3.250 gənc ötən il Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq rayonda, paytaxtda və ölkənin digər bölgələrində, eləcə də xarici ölkələrdə keçirilən 79 idman yarışında iştirak etmişdir. Həmin idmançılardan 576-sı qızıl, gümüş və bürünc medallar qazanmışdır. Hazırda rayonda 20 mindən artıq gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Hazırda rayonda bir olimpiya idman kompleksi, iki stadion, 32 idman zalı, 128 sadə idman meydançası, bir üzgüçülük hovuzu, 3 trenajor zalı, bir idman klubu, 3 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir. Hazırda rayonda Gənclər evi inşa edilir, şahmat məktəbinin binası əsaslı təmir edilir.
Tədbirdə 20-ə yaxın gəncə müxtəlif sahələrdə səmərəli fəaliyyətinə fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
 

Keçidlər