Ləkçıplaq kəndində sakinlərlə görüş keçirilmişdir
06 mart 2019-cu il tarixdə Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində və ona yaxın ətraf kəndlərin sakinləri ilə görüş keçirilmişdir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə ölkə Prezidentinin apardığı uğurlu daxili və xarici siyasəti, ölkə əhalisinə xüsusi ilə də qaçqın və məcburi köçkünlərə, eləcə də aztəminatlı ailələrə göstərilən qayğını qeyd etdi və rayonda son illərdə aparılmış abadlıq-quruculuq işləri və layihələr haqqında, həmçinin kəndlərin sosial-iqtisadi inkişafında görüləcək işlərdən, həyata keçiriləcək layihələrdən danışdı.
İcra Hakimiyyətinin başçısı kənd sakinlərini narahat edən məsələlərlə yaxından tanış olmuşdur. Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.
Sakinlər göstərilən diqqətə görə ölkə prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmiş, regionların, o cümlədən Göyçay rayonunun iqtisadi inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən razılıqlarını ifadə etmişlər.