Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda növbəti satış-yarmarka təşkil olunub

06 mart 2019 | 16:00

Göyçay şəhərində süni qiymət artımının qarşısının alınması məqsədi ilə “Təzə Bazar” adlanan ərazidə ərzaq və kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunmuşdur.
Yarmarkada rayonun fermerləri və məhsul istehsalçıları tərəfindən 8 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları satışa çıxarılmışdır. Satışa çıxarılan məhsullar alıcılara bazar qiymətlərindən 15-20 faiz ucuz təklif olunub.
Rayon İcra Hakimiyyətinin başçısı, idarə və müəssisə rəhbərləri satış-yarmarkada məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanıblar.
Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razılıqlarını bildiriblər. Təşkil olunan yarmarkada Milli Məclisin deputatları Ş.Hacıyev, H.Rəcəbli və E.Nəsirov iştirak etmişlər. 

Keçidlər