Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Xocalı faciəsinin 27-ci il il dönümü ilə bağlı rayon Mədəniyyət mərkəzində tədbir keçirilib

22 fevral 2019 | 16:00

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, rayonda məskunlaşmış Xocalıdan olan sakilər, rayonun müəssisə və idarə nümayəndələri iştirak etmişlər.
Xocalı faciəsi və Azərbaycanın dövlətçiliyi və müstəqilliyi naminə həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyəti Başçısının müavini Zivər Zeynalova tək Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı törədilmiş amansız Xocalı soyqırımı barədə danışdı, bu qanlı gecədə həlak olanlar barədə bir daha məlumat verdi. Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Azərbaycanın Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü bildirdi. O, fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüs etdiyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyi, filmlər çəkildiyi, musiqilər bəstələndiyi və bu tədbirlər nəticəsində bu vəhşi təcavüzə düzgün siyasi qiymətin verilməsinə nail olunduğunu vurğuladı.
Tədbirdə Göyçay mədəniyyət mərkəzinin kollektivinin ifasında bədii kompozisiyalar, Xocalı faciəsi haqqında video slaydlar nümayiş olunub, qurbanlarının xatirəsinə həsr olunmuş film təqdim olunub.

 

Keçidlər