Göyçay rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı günü münasibətilə tədbir keçirilib
30 dekabr 2018-ci il tarixdə "Şah" şadlıq sarayında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı günü münasibətilə tədbir keçirildi.
Tədbirdə iştirak edənlər Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqalar, ziyalılar, gənclər əvvəlcə Göyçay şəhər Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək rayon sakinlərini və tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, dünyada yaşayan azərbaycanlıları bir ideologiya ətrafında birləşdirən Həmrəylik Gününün tarixi əhəmiyyətindən söhbət açıb.
Bildirib ki, Azərbaycan Respublikasının istiqlaliyyət əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Bu il bütün bölgələrimiz kimi, Göyçay rayonu üçün də çox uğurlu bir il olduğunu qeyd etdi.
Daha sonra 2018-ci ildə rayonun sosial-iqtisadi, mədəni, təhsil, mətbuat, idman sahəsində fərqlənənlərə xatirə döş nişanları, fəxri fərman və mükafatlar təqdim olunub.
Yeni ilin rəmzi olan Şaxta baba və Qar qızın şən və maraqlı çıxışları, rəqslər bayram iştirakçılarında xoş ovqat yaradıb.
Tədbir rayon incəsənət ustalarının oxuduqları mahnılar ilə davam edib.